Xəbərlər
2016-cı ilin sonunadək Azərbaycanda iri dəniz obyektinin tikintisi başa çatacaq
Azərbaycanda ARDNŞ-nin yeni nəsil üzən qazma qurğusunun tikintisi 2016-cı ilin sonunadək başa çata bilər.
Tikinti prosesi, həmçinin bir neçə ay ərzində işə salınmanın tənzimlənməsi və sınaq işlərinin aparılmasını nəzərdə tutur. Yeni qurğu dənizin min metr dərinliyində 8 min metrlik quyuların qazılması üçün hesablanıb.
Tikinti işləri həm ARDNŞ-nin yeni Bakı Gəmiqayırma Zavodunda, həm də "Caspian Shipyard Company Ltd" şirkətinin inşaat sahəsində aparılacaq.
Yeni nəsil ilk qazma qurğusu ARDNŞ üçün tikilir. Qazma qurğusunun operatoru qismində "Caspian Drilling Company" çıxış edəcək (CDC-də 92,44 faiz iştirak payı ARDNŞ-yə məxsusdur). Qurğunun tikintisinin podratçısı Sinqapurun "Keppel FELS Limited" şirkəti seçilib. Şirkət ötən ilin iyununda CDC ilə tikinti işlərinin aparılması üzrə saziş imzalayıb.