Xəbərlər
İsrailin müdafiə naziri Azərbaycana səfərə gələcək

Sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində İsrail nümayəndə heyətinin nazirlikdə və digər dövlət qurumlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.