YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri aktual və vacib xarakter daşıyır

«Dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri bu gün daha aktual və vacib xarakter daşıyır». Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, xüsusilə, Avrasiya məkanında mühüm geostrateji proseslərin baş verdiyi zamanda türkdilli dövlətlər arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  VI Zirvə görüşünün keçirilməsi bu baxımdan böyük önəm kəsb edir.
«Hazırda türkdilli dövlətlər arasında intensiv təmaslar həm tərəflər arasında çoxşaxəli münasibətlərin inkişafı, həm də regional və beynəlxalq əməkdaşlıq baxımından önəmlidir. Milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan türkdilli dövlətlərlə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr, əsas etibarilə, siyasi, iqtisadi, nəqliyyat, energetika, ticarət və humanitar sahələri əhatə etməkdədir və bütün istiqamətlərdə əhəmiyyətli nəticələr əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə çıxışı zamanı Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını xüsusi vurğulayıb. Sevindirici haldır ki, bu əlaqələr davamlı olaraq güclənir. Bütün bunlar türk xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir»-deyə, S.Əliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv