Xəbərlər
Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib
Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib.
Trend-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir:
"Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid edirik".
T.Kono bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə sazişin yenilənməsi məmnunluq doğurur: "Bu, əməkdaşlığımızın güclənməsinə daha da təkan verəcək".