YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə davamlı olaraq səy göstərir

«Azərbaycanın xarici siyasətində İslam aləmi ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərindən birini təşkil edir». Bu fikri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Onun sözlərinə görə,  müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib.

«Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirib. 2017-ci ilin birinci yarısında Bakıda əksər İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə baş tutan IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xoş təəssüratlar hələ də yaddaşlarda qalmaqdadır. Təsadüfi deyil ki, Bakıda əsl idman bayramına çevrilən Oyunlar İslam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir. Bütövlükdə, Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə davamlı olaraq səy göstərir»-deyə, G.Baxşəliyeva vurğulayıb.