YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Avqustun 31-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Işçi qrupunun rəhbəri, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkələrimiz arasındakı əlaqələrin çox qədim tarixə malik olduğunu deyib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Çin ilə əlaqələr yeni müstəviyə qalxıb. İki ölkə arasında çox geniş iqtisadi, siyasi, elmi və dostluq əlaqələri qurulub. Həmçinin bildirilib ki, münasibətlərin yüksələn xətlə inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.

Çin Kommunist Partiyasının 2017-ci ilin oktyabrında keçirilmiş XIX qurultayı barədə danışan Siyavuş Novruzov deyib ki, həmin qurultayda qəbul olunmuş qərarlar təkcə Çin xalqı üçün deyil, həm də Orta Asiya ölkələri və Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı yaxşı münasibət xalqlarımızın dostluğunun möhkəmlənməsinə, iqtisadi əlaqələrin güclənməsinə, beynəlxalq arenada dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsinə və digər məsələlərdə birgə fəaliyyətinə yaxından kömək edir.

Heydər Əliyev Fondunun fəaliyyəti barədə danışan Siyavuş Novruzov Fondun ölkə daxilində və xaricində həyata keçirdiyi mühüm layihələri xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mədəniyyətlər, dinlər, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına böyük töhfə verir.

Parlamentlərarası əlaqələrdən söz açan Siyavuş Novruzov deyib ki, Çinlə işçi qrupu Milli Məclisdə ən böyük işçi qruplarından biridir. Parlamentin beş komitəsinin sədrləri də bu qrupun üzvləridir.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə gəldiyini qeyd edib. Azərbaycana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini söyləyən qonaq iki ölkə arasındakı əlaqələrin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.

“Ölkənizin odlar diyarı, xalqınızın qonaqpərvər olduğunu bilirdim və bunun bir daha şahidi oldum. Azərbaycanlıların Çin xalqına istiqanlılığını gördüm. Müasir Azərbaycanın inkişaf səviyyəsi, Bakının gözəlliyi bizi heyran etdi”, - deyə Li Syaolin vurğulayıb.

Diqqətə çatdırılıb ki, beş il bundan əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasını elan edib. Biz bu təşəbbüsün Azərbaycan hökuməti və xalqı tərəfindən dəstəkləndiyini görürük. “Bir kəmər, bir yol” çərçivəsində iqtisadiyyat, qanunvericilik, humanitar sahələrdə əməkdaşlığı genişləndirmək mümkündür.

Qonaq, həmçinin vurğulayıb ki, cari ilin noyabrında Şanxayda təşkil olunacaq birinci “Beynəlxalq İdxal Sərgisi”ndə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Sərgidə Azərbaycanın şərab və digər məhsulları nümayiş olunacaq.