YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Paşinyan işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atmalıdır

«Dünyada forpost kimi tanınan işğalçı Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi kataklizmlər daha kəskin xarakter alıb». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistanın təcavüzkar mövqe və siyasəti bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb. 
«Bu gün Ermənistanda sosial-iqtisadi və siyasi vəziyyət olduqca acınacaqlıdır. Buna görə də çoxsaylı problemlərlə qarşı-qarşıya olan sadə vətəndaşlar ümidsizliyə qapılıblar. Ekspertlər isə vətəndaşların haqlı narazılığı və narahatlığının səbəbini məhz Ermənistanın siyasi-iqtisadi problemlər məngənəsində olması ilə əlaqələndirirlər. Bütövlükdə, mövcud reallıqlar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Siyasi sistemi və dövlətçilik ənənəsi olmayan bir toplumu idarə etməyə çalışan Paşinyan bunun mümkün olmadığını gördükdə korrupsiyaya qarşı mübarizə və sosial problemlərin həlli adı altında siyasət aparır. Paşinyan həll illüziyası yaratmaq əvəzinə işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atmalıdır»-deyə, deputat qeyd edib.