YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir

Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir.

Bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, polis və daxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstəridir".