YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənəsinə malikdir

«Azərbaycan dini radikalizmin ən az yayıldığı ölkələr sırasındadır». Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə əsas vasitə maarifləndirmə işidir. Onun sözlərinə görə, bu istiqamətdə gənclərin düzgün dini biliklərə yiyələnmələri çox vacibdir.

«Dünyada baş verən münaqişələrin bir hissəsi dini zəmindədir. Müəyyən qüvvələr dinin əsas mahiyyətini nəzərə almayaraq ondan öz maraqları naminə yararlanmağa çalışırlar. Bu da bir sıra regionlarda böyük fəsadlar törədir. Bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. Bütün bunlar qəbulolunmazdır. Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənəsinə malikdir və cəmiyyətimizin radikalizmi qətiyyət qəbul etmir»-deyə, G.İsmayılov vurğulayıb.