Xəbərlər
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 72 faizində işlər icra olunub
Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniya marşrutunun 72 faizində torpaq örtüyü tamamilə əvvəlki vəziyyətinə gətirilib.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 550 kilometrində torpaq örtüyü bərpa edilib.