Xəbərlər
Ötən ay Ceyhan limanından 1 milyon 725 min tondan çox xam neft ixrac edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sentyabrında Novorossiysk limanından 84 min 796 ton, Supsa limanından 253 min 829 ton, Ceyhan limanından isə 1 milyon 725 min 423 ton xam neft ixrac edib.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-sentyabr aylarında Novorossiysk limanından 762 min 582 ton, Supsa limanından 2 milyon 283 min 286 ton, Ceyhan limanından isə 15 milyon 635 min 401 ton xam neft ixrac olunub. Şirkət tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.