YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır

Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır.

Bu sözləri İtaliya Prezidenti Sercio Mattarella iyulun 19-da Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

“Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər. İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. İtaliyanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər”, - deyə İtaliya Prezidenti qeyd edib.

Prezident Sercio Mattarella əlavə edib: “2017-ci ildə İtaliya ikitərəfli mübadilə və böyük miqdarda karbohidrogen idxalı vasitəsilə Azərbaycana əhəmiyyətli töhfə verib. Azərbaycan bizim neft üzrə birinci təchizatçımızdır. Biz bu ölkənin mütləq şəkildə ilk ticarət tərəfdaşı olmaqdan qürur duyuruq. Bütün bunlar hörmətə layiq nəticələrdir və xüsusilə də bu ölkədə çox qiymətləndirilən italyan ixracı sahəsində geniş inkişafı əks etdirir və bu, onların imkanlarını bir daha bu ölkəyə gətirməyə kömək edir. Burada İtaliyanın enerji ehtiyatlarının idxal tələbatı fonunda bir çox struktur aspektlərdən tarazlıq pozulur və hazırda iqtisadiyyatın inkişafının bərpa dövründə Azərbaycan inkişaf proqramları və iqtisadiyyatın şaxələndirilməsində İtaliyanın tərəfdaşlığına güvənə bilər”.

 

DİGƏR Xəbərlər Arxiv