Xəbərlər
Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Strasburq şəhərinə yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Avropa Şurasının Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb. Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun AŞPA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.