YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: “Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər zəruridir

Milli Məclisdə “Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərin qəbul olunması bu sahədə hüquqi tənzimlənmənin təkmilləşməsinə xidmət edir. Bu fikri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, müxalifət partiyalarının bu dəyişikliyə etirazının ciddi əsası yoxdur. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər tamamilə dizgündür.

«Həyat sürətlə dəyişir. Qanunlara dəyişikliklərin edilməsi də təbii bir prosesdir. Adı çəkilən qanuna edilən dəyişikliklərdə qeyd olunub ki, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməlidirlər. Bu günə kimi siyasi partiyalar aldıqları maliyyə vəsaitlərinin hesabatını Vergilər və Maliyyə nazirlikləri qarşısında verirdilər. Digər dəyişikliklərə görə, siyasi partiyalar ianə qəbul etmək hüququ əldə edirlər. Ümumilikdə götürsək qanuna edilən dəyişikliklər siyasi partiyaların fəaliyyətinə daha yaxşı imkan yaradacaq. Ona görə də, bu dəyişikliklər müsbət qarşılanmalıdır»- deyə, A.Hacıyev vurğulayıb.