Xəbərlər
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
2017-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 20 faiz artaraq 1,3 milyard ABŞ dollarına çatıb.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Nazir qeyd edib ki, hazırda Azərbaycanın ticarət, xidmət, sənaye, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində Çin kapitallı 110-dan çox şirkət fəaliyyət göstərir. Bir sıra Çin şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edir. Çin şirkətləri tərəfindən Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyulub.