Xəbərlər
Sevinc Hüseynova: Pozucu qüvvələr öz məkrli məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər
«Gəncədə baş verən son hadisə yolverilməzdir. Xalqımıza, sabitliyi, sosial-iqtisadi inkişafı, zəngin dəyərləri ilə dünyada tanınan dövlətimizə xələl gətirməyə yönəlmiş belə cəhdlərin qarşısı mütləq alınmalıdır». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, bu hadisə ölkəmizdə sabitliyi pozmaq cəhdi idi. Onun fikrincə, Gəncədə baş verənlər dövlətimizə qarşı təxribatdır.
«Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu mütəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, güclənir. Azərbaycanın nailiyyətləri artır, beynəlxalq müstəvidə nüfuzu yüksəlir. Eləcə də, xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayır. Bunu isə bəzi dairələr həzm edə bilmirlər. Ancaq həmin dairələr anlamalıdır ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki Azərbaycan deyil. İndi güclü dövlətimiz var, ölkəmizdə sarsılmaz vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur. Ona görə də, heç vaxt pozucu qüvvələr öz məkrli məqsədlərinə nail ola bilməyəcəklər»-deyə, deputat qeyd edib.