YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: İqtidar-xalq birliyi ölkədə sabitliyin pozulmasına heç zaman yol verməyəcək

«Müstəqil Azərbaycan  gündən-günə inkişaf edir, uğurları artır. Bunu isə müəyyən qüvvələrin  gözü götürmür. Onlar ölkəmizin sürətli inkişafına mane olmaq, sabitliyimizi pozmaq məqsədilə vaxtaşırı təxribatlara əl atırlar. İyulun 10-da Gəncədə baş vermiş qanlı hadisə radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, təxribatların qarşısını almaq üçün hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öz xidməti vəzifələrini yerinə yetirən iki polis zabitimiz qəhrəmancasına şəhid olub. Onun fikrincə, Gəncədə baş verənlər bir daha təsdiq edir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurmasının yaranması müəyyən xarici qüvvələrin maraq dairəsindədir.

«Lakin belə qüvvələr və onların əlaltıları bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və iqtidar-xalq birliyi ölkədə sabitliyin pozulmasına  heç zaman yol verməyəcək. Hüquq mühafizə orqanları dövlətin və xalqın iradəsinə uyğun olaraq Azərbaycanda sabitliyin qorunub saxlanması istiqamətində hər zaman qətiyyətli tədbirlər həyata keçirəcək» - deyə, deputat qeyd edib.