YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Xalq-iqtidar birliyi bu cür təxribatların qarşısını hər zaman almaq əzmindədir

"Gəncədə baş verən son hadisələr ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhd idi". Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, müstəqil Azərbaycan son illər hər bir sahədə böyük nailiyyətlər qazanır. Onun sözlərinə görə, regionun lideri olan ölkəmiz qlobal enerji, nəqliyyat layihələrinin müəllifi, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır.

"Bu amillər istər-istəməz Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırır. Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqe  nümayiş etdirir. Naxçıvanda 11 min hektar ərazi işğalçılardan azad olundu, eləcə də 26 iyunda Bakıda möhtəşəm hərbi parad keçirilərək ordumuzun gücü bütün dünyaya nümayiş etdirildi. Təbii ki, bütün bunlar müəyyən beynəlxalq dairələrdə qıcıq yaradır, onlar ölkəmizin tam müstəqil siyasət yürütməsini, regionda mövqeyinin daha da güclənməsini həzm edə bilmirlər. Ona görə də,   ölkəmizdə qarışıqlıq yaratmaq üçün müəyyən planlar tərtib edirlər. Gəncə hadisələri də bu planın tərkib hissəsidir. Bu hadisə ölkəmizə qarşı çıxan qüvvələr və onların sifarişlərini yerinə yetirən bəzi dairələr tərəfindən dövlətçiliyimizə, sabitliyimizə qarşı yönəlmiş bir aksiyadır. Lakin bütün bunlar heç bir fayda verməyəcək. Çünki ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalq-iqtidar birliyi bu cür təxribatların qarşısını almaq əzmindədir", - deyə S.Fətəliyeva vurğulayıb.