YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycan Ermənistanın və ya başqa bir tərəfin danışıqlar prosesinə qeyd-şərt qoymasını qəbul etmir

İyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçiriləcək. Danışıqlar prosesinin formatı və gündəliyi hər kəsə bəllidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfindən müxtəlif səviyyələrdə ziddiyyətli, biri-birini təkzib edən bəyanatlar verilir və bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib. Ermənistanda bu gün hakimiyyətdə olan yeni qüvvələr reytinqlərini saxlamaq üçün müharibə ritorikası ilə səciyyələnən və yaxud proseslərin mahiyyətini təhrif edən açıqlamalar verirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fundamental prinsipi işğal və təcavüz faktıdır. Ermənistan tərəfindən güc istifadə edilərək Azərbaycan əraziləri işğal olunub və Ermənistan tərəfi buna görə məsuliyyət daşıyır. Ermənistan işğal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəblə beynəlxalq norma və prinsiplərə uyğun olaraq, danışıqlar prosesinin tərkib hissəsidir. Onlar özləri də artıq bunu etiraf etdilər. İyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüş bunun bariz nümunəsidir.

XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycan Ermənistanın və ya başqa bir tərəfin danışıqlar prosesinə qeyd-şərt qoymasını qəbul etmir. Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan tərəfi də yaxşı bilir.