Xəbərlər
Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Ankaraya yola düşüb
İyulun 9-da Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankara şəhərinə yola düşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.