Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanın neft-qaz layihələrinin ABŞ tərəfindən dəstəklənməsi məmnunluq doğurur
Azərbaycanın enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrinin ABŞ tərəfindən dəstəklənməsi məmnunluq doğurur.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampa ünvanlandığı məktubda deyilir.
“Enerji sahəsindəki əməkdaşlığımız xüsusilə əhəmiyyətlidir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi məmnunluq doğurur. Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir”, - deyə məktubda qeyd olunur.