YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur

«Dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Bundan başqa, dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur». Bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Şərifov bildirib ki, Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub.

«Yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat və ya 31,1 faiz çoxdur. Yenidən baxılma ilə icmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 milyard 981,1 milyon manat və ya 16,5 faiz artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4 faiz və ya 1 milyard 600,2 milyon manat artırılaraq 26 milyard 537 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yenidən baxılma ilə icmal büdcə kəsirlə deyil, 1 milyard 549,8 milyon manat profisitlə proqnozlaşdırılır»-deyə, nazir vurğulayıb.