Xəbərlər
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik Azərbaycana keçəcək
İyunun 27-də Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclası keçiriləcək. İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq, QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.