Xəbərlər
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Respublikası silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatının (PUA) vurulması barədə məlumat yayıb.
Məlumatda iyunun 19-da səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki PUA-nın Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən məhv edildiyi bildirilib.