Xəbərlər
Bakıda “Milli Məlumatlar Banki NDR-14” beynəlxalq konfransı öz işinə başlayıb
Sentyabrın 29-da “JW Marriott Absheron” mehmanxanasında neft-qaz ehtiyatlarının işlənilməsinə dair məlumatların istifadə edilməsi, ötürülməsi və idarə olunmasına həsr edilən növbəti Milli Məlumatlar Bankı (National Data Repository-NDR) beynəlxalq konfransı öz işinə başlayıb.
Konfransda giriş sözü ilə tədbirin təşkilatçısı, Niderlandin “TNO” şirkətinin nümayəndəsi Tirza van Daalen çıxış edib.
Sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov Azərbaycanda yüksək texnologiyaların tətbiqinə dövlət səviyyəsində dəstək verildiyindən danışıb, ölkəmizin bu sahə üzrə regionda lider olduğunu diqqətə çatdırıb.