Xəbərlər
Azərbaycan Avropa İttifaqının neftə olan tələbatının 5 faizini ödəyir
Azərbaycan Avropa İttifaqının (Aİ) neftə olan tələbatının 5 faizini ödəyir.
Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Aİ-Azərbaycan biznes forumunda deyib.
O bildirib ki, Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il ərzində 15 faiz artıb. Aİ Azərbaycanın ticarət dövriyyəsində 42 faiz paya sahibdir.