Xəbərlər
MM-in deputatı: İşğalçı Ermənistan süni narahatçılığı ilə beynəlxalq ictimaiyyəti aldada bilməz
«Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri ilə əlaqədar işğalçı Ermənistanın süni narahatçılığı sabun köpüyündən başqa bir şey deyil». Bu fikri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, işğalçı ölkə hər fürsətdə Azərbaycana qarşı beynəlxalq müstəvidə əks-təbliğat aparmaq istəyir. Onun sözlərinə görə, bütün dünyada müttəfiq ölkələrin bu curtəlimləri normaldır və üçüncü dövlətə qarşı yönəlməyib.
«Bu gün Ermənistanın təcavüzkar siyasəti dünyada ifşa olunur. Buna qarşı arqument ortaya qoya bilməyən belə yalançı hay-küylə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq istəyir. Amma hamıya məlumdur ki, Azərbaycan torpaqlarını Ermənistan işğal edib. Ona görə də, erməni tərəfi yalançı narahatlığı ilə beynəlxalq ictimaiyyəti aldada bilməz»- deyə, komitə üzvü qeyd edib.