Xəbərlər
Milli Məclisin deputatı: Şəffaf fəaliyyət göstərmək istəməyən QHT-lər ölkəmiz haqda dezinformasiyalar yayır
«Qeyri-hökumət təşkilatları Azərbaycanda normal fəaliyyət göstərir». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, ABŞ prezidenti Barak Obama ona verilən dezinformasiyalar əsasında ölkəmiz haqqında qeyri-dəqiq fikirlər səsləndirib. Onun sözlərinə görə, ölkəmizdə guya QHT-lərin çətin fəaliyyət göstərməsi haqda dezinformasiyalar müxalifətyönlü QHT-lər vasitəsilə xaricə ötürülür.
«O QHT-lər ki, cəmiyyətimiz, qanunlarımız, yoxlayıcı orqanlarımız və s. üçün açıqdır hesab edirəm ki, Azərbaycanda onlar üçün hər bir şərait yaradılıb. Mən də QHT-lərdən birinin rəhbəriyəm. Amma bəzi QHT-lər var ki, qanunlara edilmiş dəyişikliklər həmin şəxslərə sərf etmədi. Çünki dəyişikliklər şəfaflığın təmin olunmasına xidmət edir. Şəffaf fəaliyyət göstərmək istəməyən QHT-lər isə ölkəmiz haqda dezinformasiyalar yayır»- deyə, Ç.Qənizadə vurğulayıb.