Xəbərlər
Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/c17c72ce457f76532267bcb72a6d6fef.jpg&w=360)
Xarici işlər naziri Elmar Məmmədyarov Banladeş Xalq Respublikasının paytaxtı Dəkkəyə yola düşüb.
Azərbaycan XİN-dən verilən məlumata görə, Elmar Məmmədyarov 5-6 may tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 45-ci sessiyasında iştirak edəcək.
Sessiyada nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.