Xəbərlər
YAP Ağdam rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə mini futbol turniri keçirilib
YAP Ağdam rayon təşkilatının və Ağdam rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Ağdam Olipiya İdman Kompleksində mini futbol yarışı keçirilmişdir.
Yarışda rayonun müxtəlif idarə müəsissə və təşkilatları həmçinin kənd və qəsəbələrin komandaları iştirak etmişdir.
Mini futbol yarışında birinci yerə Quzanlı köçkün qəsəbə komandası, ikinci yerə Sarıcalı kənd bələdiyyəsinin komandası və üçüncü yerə isə Ağdam Dövlət Sosial-iqtisad kollecinin komandası çıxmışdır.
Birinci, ikinci və üçüncü yerin qalibinə kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.