Xəbərlər
Ziyad Səmədzadə: Azərbaycan milli iqtisadiyyatını inkişaf etdirməklə iqtisadi maraqlarını təmin edib
«Heç bir dövlət milli iqtisadiyyatını inkişaf etdirmədən öz iqtisadi maraqlarını qoruya bilməz. Bu gün Azərbaycan milli iqtisadiyyatını inkişaf etdirməklə beynəlxalq arenaya çıxış yolunu qazanıb, iqtisadi maraqlarını təmin edib». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, hazırda ölkəmizdə daxili investisiyaların 75%-i Azərbaycanın özünə məxsusdur. Onun sözlərinə görə, bundan sonra ölkədə orta sahibkarlığı inkişaf etdirmək üçün lazımi işlər davam etdirilməlidir.
«İqtisadiyyatın inkişafı üçün orta ixtisaslı kadrlara ehtiyacımız var. Ölkəmiz yüngül sənayenin, maşınqayırmanın bir sıra sahələrini inkişaf etdirməlidir. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan qlobal aləmdə özünün rəqabət qabiliyyətini, Avropanın enerji təhlikəsizliyində rolunu, neft siyasətində beynəlxalq aləmdə nufuzunu artırıb»-deyə, komitə sədri vurğulayıb.