Xəbərlər
Koreya Respublikasının Prezidenti Mun Ce-in Prezident İlham Əliyevə təbrik ünvanladı
Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Yüksək səviyyəli liderliyinizin Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyinə inanıram.
1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Ümid edirik ki, qarşılıqlı faydalı və işgüzar əməkdaşlığımızı Zati-alinizlə birlikdə gələcəkdə də genişləndirəcəyik.
Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə isə davamlı inkişaf arzulayıram”.