YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycan dövlətinin səyləri nəticəsində Ermənistanın yalançı siması beynəlxalq ictimaiyyətə tanıdılır

«Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Münaqişənin həlli üçün Ermənistan qoşunları ilk növbədə işğal olunmuş Azərbaycanın ərazilərindən çıxarılmalıdır». Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfi müxtəlif bəhanələr və təxribatçı əməllər vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına çalışır. Onun sözlərinə görə, bu münaqişənin həllinin əsasını təşkil edən prinsiplər BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq sənədlərdə çox açıq şəkildə təsbit olunub.

«Ermənistan tərəfi isə yalnız siyasi iradə göstərməli və konstruktivlik nümayiş etdirərək münaqişənin həllinə nail olmaq üçün konkret addımlar atmalıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, artıq hərtərəfli sülh müqaviləsi üzrə danışıqlara başlamaq lazımdır.

«Ermənistan tərəfi həmişə yalan və iftira xarakterli məlumatlarla çıxış edir. Onların bu hərəkəti ilk növbədə beynəlxalq ictimaiyyəti aldatmaq xarakteri daşıyır. Amma Azərbaycan dövlətinin səyləri nəticəsində Ermənistanın yalançı siması beynəlxalq ictimaiyyətə tanıdılır»- deyə, H.Hacıyev qeyd edib.