Xəbərlər
QDİƏT PA-nın vitse-prezidenti: Azərbaycanda prezident seçkiləri tam qanunauyğun şəkildə keçdi
Azərbaycanda prezident seçkiləri tam qanunauyğun şəkildə keçdi. Müşahidələrimiz zamanı heç bir pozuntu hallarına rast gəlmədik.
Bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti Piter Kanyer mətbuat konfransında bildirib.
Mətbuat konfransında beynəlxalq müşahidəçi, Yunanıstan parlamentinin deputatı Simeon Kedikoğlu da seçkilərin yüksək səviyyədə keçdiyini deyib. O qeyd edib ki, seçkilərdə gənclərin fəallığını müşahidə etmək xüsusilə müsbət haldır. O, ölkəsində də gənclərin seçkilərdə bu dərəcədə fəal olmalarını arzuladığını deyib. Yunanıstanlı deputat, ümumilikdə, bütün prosesin öz qaydasında getdiyini vurğulayıb.