Xəbərlər
Prezident seçkilərində ölkə üzrə seçici fəallığı 74,51 faiz olub
Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı açıqlanıb.
Saat 19.00-da səsvermə başa çatıb və 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səsvermədə iştirak edib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.