Xəbərlər
MDB müşahidəçisi: Səsvermə şəffaf şəkildə keçirilir
Səsvermə prosesində hər hansı pozuntu ilə rastlaşmamışıq. Bu barədə sechki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini izləyən MDB-dən olan müşahidəçi Oleq Tarasov deyib.
O.Tarasov seçki prosesinin normal şəraitdə keçirildiyini vurğulayaraq deyib: “Müşahidələrimə əsasən səsvermə prosesinin şəffaf şəkildə keçirildiyini deyə bilərəm. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər sərbəst şəkildə səsvermə hüquqlarından istifadə edirlər”.