YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP tərəfindən Azərbaycan Respublikasının Prezidentinin seçkilərində səsvermə prosesini on mindən artıq nümayəndə izləyir

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentinin seçkilərində səsvermə prosesini 10 mindən artıq nümayəndə izləyir. Belə ki,  Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə müvafiq olaraq,  Prezident seçkilərində mövcud  olan 125 seçki dairəsi və   5641 seçki məntəqəsinin hər birinə öz müşahidəçisini və məşvərətçi səs hüquqlu nümayəndəsini təyin etmişdir. Yeni Azərbaycan Partiyasının əlavə olaraq, bütün ölkə ərazisində müşahidə aparmaq səlahiyyətində olan 100-dən artıq mühahidəçisi  Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır.