Xəbərlər
Amerikalı müşahidəçi: Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub
2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində də müşahidəçi kimi iştirak etmişəm. Həmin vaxt mən seçki prosesində fəal iştirak edən müşahidəçi idim. İnsanlarla söhbət etdim, təmaslar qurdum. Seçicilərin seçkiyə gəlişindən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün prosesləri izlədim. O zaman olduğum məntəqələrdə heç bir problem qeydə alınmamışdı.
Bu sözləri Azərbaycanda prezident seçkilərində müşahidə aparacaq amerikalı ekspert, “Tool Shed Group”un rəhbəri Ceyson Kats sechki-2018.az saytına açıqlamasında deyib.
O bildirib ki, 2018-ci il prezident seçkiləri də yüksək səviyyədə təşkil olunub. “Əminəm ki, bu dəfə də seçkilər azad və demokratik keçiriləcək. Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Xüsusilə də məntəqələrdə veb-kameraların quraşdırılması təcrübəsindən başqa ölkələr də yararlana bilər. Müşahidələrimi əsas götürərək deyə bilərəm ki, seçki günü xalq sərbəst şəkildə öz istədiyi namizədə səs verəcək”, – deyə amerikalı ekspert vurğulayıb.