YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqan rayonunun Qarallar və İmamverdilər kəndlərində görüş keçirilib

YAP Mərkəzi Seçki Qərargahı Beyləqan  rayon şöbəsinin üzvləri  partiyanın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 7-də növbəti görüşlərini rayonun Qarallar və İmamverdilər kəndlərində keçiriblər.

YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirib ki, YAP-ın Sədri cənab İlham  Əliyevin Prezidentliyə namizəd irəli sürülməsi Azərbaycan xalqının istəyidir ki, partiyamız bu istəyi özünün VI qurultayında yenidən müsbət dəyərləndirdi. Xalq yaxşı bilir ki, cənab İlham  Əliyevin növbəti dövr üçün Prezident seçilməsi Azərbaycan vətəndaşlarının arzularının reallaşmasıdır.

Rəfael Pəsiyev vurğuladı ki,  bu bir reallıqdır ki, hazırda  Azərbaycanın siyasi səhnəsində YAP-la rəqabət apara biləcək siyasi qüvvə yoxdur.  O səbəbdən 11 aprel prezident seçkilərində partiyamıza  rəqib ola biləcək bir siyasi lider də yoxdur. Bütün Azərbaycan vətəndaşları kimi, beyləqanlıların da Prezidentliyə alternativsiz namizədi Yeni Azərbaycan Partiyasının Sədri, dahi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkəmizi zəfərlərdən-zəfərlərə qovuşduran cənab İlham Əliyevdir: «Hamınızı 11 apreldə partiyamızın namizədinə səs verməyə səsləyirəm.»

Qərargah üzvü Rasim Ağayev  bildirib ki, bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən  cəhət məhz ictimai-siyasi sabitlikdir. Sabitliyi şərtləndirən amil isə cənab İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Azərbaycanda həyata keçirilən daxili siyasət məhz sosialyönümlü olması ilə fərqlənir. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Seçicilər bildiriblər ki, biz də xalqın bir namizədi kimi mövcud sabitliyin və inkişafın davamlı olması naminə 11 aprel prezident seçkilərində YAP-ın namizədinə səs verəcəyik.

DİGƏR Xəbərlər Arxiv