Xəbərlər
Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Cəlilabadda böyük vüsətlə davam etdirilir

Prezidentliyə namizəd İlham Əliyevin seçki kampaniyası Cəlilabad rayonunda davam etməkdədir.
Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki təbliğatı kampaniyası çərçivəsidə rayonun Alar və Günəşli kəndlərində seçicilərlə görüşlər keçirilmişdir. Tədbirlərdə Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov iştirak etmişlər.
Yüzlərlə seçicinin qatıldığı görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri, YAP-ın seçki qərargahı Cəlilabad şöbəsinin rəhbəri Mirsüleyman Mirxaslı ulu öndər Heydər Əliyevin milli dircəliş yolunun mahiyyətindən, ölkəmizdə sabitlik və firavanlığın yaradılmasından, ölkənin əldə etdiyi böyük nailiyyətlərdən, milli dövlətçilik konsepsiyalarından bəhs etmiş, həmin illərdə müstəqil dövlətimizin formalaşdırılmasından, dövlətçiliyimizin möhkəmləndirilməsindən və dövlət müstəqilliyimizin dönməzliyinin təmin olunmasından danışmışdır.
Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı çərçivəsində Milli Məclisin deputatıları Mirkazım Kazımov və Malik Həsənov Azərbaycan iqtisadiyyatının inkişafından, Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlardan, enerji potensialının möhkəmləndirilməsindən və bütün bunların xalqın rifahının yaxşılaşmasına yönəldilməsindən, ölkəmiz üçün müdafiə və təhlükəsizlik sahəsində görülən işlərdən, ölkəmizdə aparılan sosial siyasətin nailiyyətlərindən, xüsusilə elm və mədəniyyətin tərəqqisindən bəhs etmiş, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini söyləmişlər, respublikamızda gedən möhtəşəm inkişaf və modernləşmə prosesini konkret faktlar əsasında yerli şəraitlə əlaqələndirərək seçicilərə geniş şərh etmişlər.
Alar kəndində keçirilən görüşdə seçicilərdən Əfrahim Hüseynov, Ağsaqqal Həsənağa Əliyev, Təranə Mustafayeva, Saməddin Kərimov, İlham Mirzəyev, Ərəstun Hüseynov, Günəş Bayramova, Şəhid Atası Salaməddin Bağışov, Ədalət Məmmədov, Günəşli kəndində keçirilən görüşdə Ağsaqqal İxtiyar Bayramov, Hacıağa Hüseynov və Cavanşir Bağırov, Təqüdçülər Əbülfət Nəsirov, Zülfü Cəfərov, Aydın Səfərov, Məmməd Məmmədov, Kəramət Məmmədov, Rəfiqə Əliyeva, Nizami İsmayılov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin böyük milli dirçəliş yoluna sədaqətləri, Prezident İlham Əliyevin siyasi kursuna bu gün daha sıx bağlı olduqları barədə ürək sözlərini söyləmiş, 11 apreldə ümumxalq partiyası olan YAP-ın namizədi cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan etmişlər.