Xəbərlər
YAP Sabunçu rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Sabunçu rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva sabunçuluların seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.
Sonra çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib ki, xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur. Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Odur ki, xalqımız son 15 ildə qazanılmış nailiyyətlərin davamına səs verəcək.
Digər çıxışlarda da vurğulanıb ki, Sabunçu sakinləri həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər və seçki günü hamı bir nəfər kimi seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək.