Xəbərlər
Təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocavənd rayon seçiciləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xocavənd rayon şöbəsinin prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocavənd rayon seçiciləri ilə görüş keçirilib. Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov bu ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin uğurlu təbliğat-təşviqat kampaniyasından bəhs edib, kampaniya çərçivəsində keçirilən görüşlərdən və seçicilərin fəallığından danışıb.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin son 15 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi naliyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından ətraflı məlumat verib.
Çıxış edən YAP Xocavənd rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Hüseynov Prezident İlham Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşdığını bildirərək gənclərimizi onlara olan bu inamı, etimadı doğrultmağa, prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə dəvət edib.
Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbin müəllimi Vəfa Tahirova, Tuğ kənd sakini Bahar Bağrlı, ilk dəfə səs verəcək seçici Aytac Rüstəmli yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər və bütün xocavəndliləri dövlət başçısının ətrafında sıx birləşməyə, daha güclü, müstəqil Azərbaycan naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.