Xəbərlər
Ağdam rayonunun Zəngişalı və Qaradağlı kəndlərində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu Zəngişalı və Qaradağlı kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə çıxış edən YAP Ağdam rayon təşkilatının təbliğat qrupunun sədri Hüseyn Bayramov, qrupun üzvüləri Əvəz Sadıqov və Rafayıl Novruzov cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət xəttindən və bu gün Azərbaycanın əldə etdiyi uğurlar barədə seçicilər qarşısında ətraflı məlumat verib və seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.