Xəbərlər
YAP Yasamal rayon təşkilatında müşahidəçilərlə görüş keçirildi

11 apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Yasamal rayon təşkilatında ərazidə yerləşən seçki məntəqələrdə səsvermə prosesini izləyəcək müşahidəçilərlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Seçki Məcəlləsində müşahidəçilərin hüquq və vəzifələrini açıqlayaraq bildirdi ki, eyni hüquqlara malik yerli və beynəlxalq müşahidəçilər seçici siyahıları ilə tanış olmalı, seçki bülletenlərinin verilməsinə nəzarət etməli, səsvermə prosesinin obyektiv , şəffaf keçirilməsinə diqqət yetirməlidirlər. Seçicilərin sayını hesablamaq, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək səlahiyyətlərinə malik müşahidəçi səsin etibarlılığının yoxlanılmasına də diqqət yetirməlidir.
YAP-ın Yasamal rayon təşkilatı tərəfindən ərazidəki seçki məntəqələrində seçkilərə nəzarət edəcək müşahidəçilərin suallarını cavablandıran Tağı Əhmədov bildirdi ki, səsvermə prosesində demokratiyanın tələblərinə uyğun obyektivliyin gözlənilməsi müşahidəçilərin riayət etməli olduqları başlıca vəzifələrdir