YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərində də irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaq

"Bir neçə aydan sonra Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası ölkəmizdə keçiriləcək IV ğələdiyyə seçkilərində həmişə olduğu kimi yaxından iştirak etmək niyyətindədir". Bu fikri Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşaviərsindən öncə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, YAP-ın malik olduğu bütün potensial, o cümlədən, bələdiyyələrdə Yeni Azərbaycan Partiyasının təmsilçilərinin gördüyü işlər mənəvi haqq verir ki, partiyamız yenidən bələdiyyə seçkilərində iştirak etsin: "İnamımız bundan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərində də irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaq və növbəti beş ildə də Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından iştirak edəcəklər".

YAP Sədrinin müavini daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyası həmişə seçkilərə bir neçə ay qalmış seçki kampaniyasına start verir. "Ciddi hazırlıq işləri görürük, partiyanın malik olduğu resursları – insani resursları, təşkilati resursları seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edirik və bir qayda olaraq bütün bunların hamısı seçkilərin bizim üçün yüksək nəticə ilə yekunlaşmasına gətirib çıxarır." - deyə, Əli Əhmədov qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv