Xəbərlər
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir.
30 mart 2018-ci il tarixdə rayon təşkilatının təbliğat qrupunun üzvlərinin rayonun Günəhir,Bəliton və Türkəncil kəndlərində yaşayan seçicilər ilə görüşü oldu.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Ağacəfər Fətullayev qeyd etdi ki, yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin reallaşması son 15 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan modelinin mövcudluğu uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sektorunun sürətlə genişlənməsi, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması ölkənin inkişafını daha da sürətləndirir.
Azərbaycan xalqının hazırda kifayət qədər populyar, işgüzar, praqmatik, tolerant bir lideri – İlham Əliyev var və ölkəmizin ikinci liderə qətiyyən ehtiyacı yoxdur. Bu liderə qarşı çıxmaq istəyən partiya və siyasi qüvvələrin nəsibi birmənalı şəkildə məğlubiyyət olacaq. O qüvvələrin yalnız “inqilabi” təcrübə toplamaq məqsədi ilə kiçik qruplar halında toplaşıb siyasi imitasiyaya gücləri çatar.
YAP-ın liderini - Prezidentimizi butun Azərbaycan xalqı sevir və ona inanır, güvənir. Hamını bir nəfər kimi prezidentimizi dəstəkləməyə və ona olan sevgi və məhəbbətimizı aprelin 11-də təsdiqləməyə dəvət edirəm!
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvlərindən Sərhad Məmmədov,Kamran Kazımov, kənd sakinlərindən Hacıhəsən Seyfullayev və Tofiq Fərəcov çıxış edərək seçiciləri 11 Aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın vahid namizədi Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdılar.