Xəbərlər
“The Pew Research Center”: Ermənistan Mərkəzi və Şərqi Avropada ən antisemit ölkədir
ABŞ-da və dünyada sosial məsələlərin, ictimai rəyin və demoqrafik meyllərin öyrənilməsi ilə məşğul olan “The Pew Research Center” tədqiqat mərkəzi tərəfindən aparılmış ictimai rəy sorğusu nəticəsində məlum olub ki, Ermənistan Mərkəzi və Şərqi Avropada ən antisemit ölkədir.
Bu mərkəzin 2018-ci il martın sonunda dərc edilmiş hesabatına görə, ermənilərin 32 faizi yəhudiləri Ermənistanın bərabərhüquqlu vətəndaşları kimi qəbul etmirlər. Bu o deməkdir ki, Ermənistanın yetkinlik yaşına çatmış vətəndaşlarının üçdə bir hissəsi yəhudiləri bu ölkənin bərabərhüquqlu vətəndaşları kimi qəbul etmək istəmir. Bu, Mərkəzi və Şərqi Avropa ölkələrinin əhalisi arasında ən yüksək antisemitizm göstəricisidir. Beləliklə, əvvəlki tədqiqatların çoxunda aşkar edilmiş Ermənistanda antisemitizm, tolerantlığın olmaması və monoetnikliyə meyl faktları bir daha təsdiqlənib.