YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdablı seçicilərin seçimi İlham Əliyevdir

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Pərvanlı kəndində keçirilib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri  Pərvin Mahmudova bildirib ki, prezident seçkilərinin beynəlxalq standartlara uyğun, demokratik şəraitdə keçirilməsi üçün lazımi şərait yaradılıb. P.Mahmudova qeyd edib ki, bu günə kimi seçicilərlə keçirilən görüşlər onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Cəvahir İsmayılova, Ziyad Xancanov, Nailə Əliyeva, Telman İsmayılov, Rüxsarə Eminova çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilən işlər və qazanılan nailiyyətlər barədə öz fikirlərini bölüşüblər.

Görüşdə seçicilər adından çıxış edən kənd sakinləri Məhəmməd Mikayılov, Xeyrulla Abdullayev, Eyvaz Eyvazov, İlhamə Cavadova, Fazil Hüseynov, Züleyxa Teymurova  cənab İlham Əliyevi birmənalı olaraq alternativsiz namizəd kimi gördüklərini qeyd edərək Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi ölkə rəhbərinin uğurlu fəaliyyətini vurğulayaraq hamılıqla partiyanın namizədinə səs verəcəklərini bildiriblər.

 

 

DİGƏR Xəbərlər Arxiv