Xəbərlər
Ukrayna MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovskinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ukrayna MSK-nın seçki müşahidəçi qrupuna, həmçinin katibliyin rəhbəri Sergey Suyarka və müavini Sergey Dubovik daxildir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının müşahidəçi qrupu aprelin 9-dan 13-dək Azərbaycanda səfərdə olacaq. Qrup aprelin 11-də bir neçə məntəqədə səsvermə prosesini izləyəcək.