Xəbərlər
Rafael Hüseynov: Azərbaycan hər seçkidən seçkiyə öz təcrübəsini təkmilləşdirir
«Bu günə qədər Azərbaycanda keçirilən prezident seçkilərini yaxından izləmişəm. Parlament seçkilərində iştirakçı, prezident seçkilərində isə müşahidəçi kimi təmsil olunmuşam. Ölkədə keçirilən bütün seçkilərin təfərrüatları ilə yaxından tanışam. Azərbaycan hər seçkidən seçkiyə öz təcrübəsini təkmilləşdirir». Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycanı AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
R.Hüseynov bildirib ki, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər də seçki təcrübəsinin irəliləməsini qeyd edirlər. Müşahidələr göstərir ki, Azərbaycanda demokratik, şəffaf, insanların öz iradələrini tam ifadə edə biləcəyi normal seçki mühiti var.
«Hesab edirəm ki, Azərbaycan vətəndaşları seçkinin mahiyyətini, fəlsəfəsini dərdindən anlayır, öz hüquqlarını dərk edir. Hər şey göz qarşısındadır. Bu baxımdan, aprelin 11-də prezident seçkilərinin yüksək səviyyədə keçəcəyini düşünürəm. Fikrimcə, beynəlxalq müşahidəçilər də seçki mühitinin yetərincə qənaətbəxş olduğunu təsdiqləyəcəklər»-deyə, R.Hüseynov vurğulayıb.